Şenol Günəş: "Avropa Liqasını qazansaq, ölkə çempionu olmasaq da, olar"

12:19 - 17 Mart 2017

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Avropa Liqasının 1/8 finalında "Olimpiakos"a 4:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri oyundan sonra açıqlama verib. 

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis qələbəni belə şərh edib:

 

“Futbolçular yaxşı oynayanda, işimi düzgün quranda və azarkeşlər xoşbəxt olanda mən də xoşbəxt oluram. Türkiyə futbolu və Beşiktaş üçün möhtəşəm oyun oldu. Ağıllı və intizamlı oynadığımız matçda sadə qol buraxıb, bəsit qırmızı vərəqə aldıq. Oyunçularımızın əzmkarlığı və azarkeşlərin dəstəyilə ayaq üstə qaldıq. Rəqibimizin güclü olduğunu bilirdik, ancaq 10 nəfərlə qalmağımızda hesabın nə ilə nəticələnəcəyini bilmirdik. 1/4 finala adlamaq gözəldi, üstəlik ölkəmizə xal da qazandırdıq”.

 

Şenol Günəş sözlərinə belə davam edib:

 

"Bundan sonrakı turda ən yaxşı oyunumuzu nümayiş etdirəcəyimizi düşünürəm. Rəqibin kim olacağı da önəmli deyil. Ən güclü rəqib də olsa, yaxşı oynayıb növbəti mərhələyə yüksəlməliyik. Düzdür, əsas hədəfimiz ölkə çempionu olmaqdır. Ancaq Avropa Liqasının qalib olsaq, ölkə çempionu olmasaq da, olar".

Xəbər xətti