Millimizin üzvü Almaniyada növbəti qolunu vurdu

00:08 - 20 Mart 2017

Almaniya II Bundesliqasında 25-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” səfərdə “Bohum”la üz-üzə gəlib.

 

Nazarovun start heyində meydana çıxdığı və sonadək oynadığı qarşılaşma 1:1 hesablı bərabərliklə nəticələnib. Millimizin üzvü oyunun 11-ci dəqiqəsində penaltidən rəqib qapısına yol tapıb.

 

Qeyd edək ki, 25 oyundan sonra 23 xala malik “Aue” sondan ikinci, 17-ci pillədə qərarlaşıb.

Xəbər xətti