"Bavariya"da ciddi itki: Mövsümü başa vura bilər

18:40 - 22 Mart 2017

"Bavariya"nın heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin aparacı futbolçularından olan Duqlas Kosta məşqdə sol dizindən zədələnib. 26 yaşlı yarımmüdafiəçinin zədəsinin ciddi olduğu bildirilir.

 

Braziliyalı futbolçu dizindən əməliyyat olunacaq. Kostanın mövsümü erkən başa vurmaq riskinin olduğu da qeyd edilir.

 

Xatırladaq ki, Kosta “Bavariya” forması ilə bu mövsüm 27 oyuna 7 qol vurub və 9 məhsuldar ötürmə edib.

Xəbər xətti