Lider yenə büdrədi, MOİK 3 xalı 3 qolla qazandı

19:30 - 26 Mart 2017

Azərbaycan I Divizionunda XXII tura start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Paytaxtda keçirilən görüşdə “Bakılı” MOİK-lə qarşılaşıb. Oyun nominal qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Tovuzda isə lider “Turan Tovuz” “Mil-Muğan”ı qəbul edib. Ötən həftə gözlənilmədən səfərdə “Ağsu” ilə 1:1 hesablı bərabərliyə razılaşan Əsgər Abdullayevin komandası bu dəfə də eyni hesabla razılaşmalı olub.

 

“Bakılı” - MOİK - 1:3

Qollar: Vüsal Səfərov, 70 - Ruslan Nəsirli, 12; 90+2. Bayram Kərimov, 69

 

“Turan Tovuz” - “Mil-Muğan” - 1:1

Qollar: Rəhman Musayev, 70-pen. - Bayram Əliyev, 90

 

"Energetik" - "Rəvan" - +/-

Xəbər xətti