Norveçin baş məşqçisi: "Şimali İrlandiya və Azərbaycanı məğlub etməliyik"

12:02 - 27 Mart 2017

“Bizim üçün kabus kimi oyun oldu. Çox zəif təsir bağışladıq. Üzərimizdə hələ çox çalışmalıyıq”.

 

Sportal.az xəbər verir ki, bu sözləri millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibi Norveç millisinin baş məşqçisi Lars Laqerbek deyib.

 

Onun komandası seçmə mərhələnin V turunda səfərdə Şimali İrlandiyaya uduzub və vəziyyətini bir qədər də çətinləşdirib. 

 

Qarşılaşmdan sonra açıqlama verən Laqerberk bundan qrupdakı vəziyyətlərindən danışıb. O bildirib ki, qrupdan çıxmaq üçün Şimali İrlandiya və Azərbaycan millisini öz meydanlarında məğlub etməlidirlər: “İlk hissədə meydanda yox idik. İkinci hissdə isə nisbətən yaxşı təsir bağışladıq. Məğlub olmasaydıq, yaxşı şanslarımız olacaqdı. Amma yenə də hər şey bitməyib. Mübarizə aparacağıq. Düzdü, bu, çətindi. Amma qrupda ikincilik şansımız var. Bundan sonra keçirəcəyimiz oyunlarda məğlub olmamalıyıq. Şimali İrlandiya və Azərbaycanı doğma meydanımızda məğlub etsək, vəziyyətimiz düzəldə bilərik”.

 

Qeyd edək ki, millimiz öz meydanında keçirdiyi oyunda Norveçi 1:0 hesabı ilə məğlub etmişdi. 

Xəbər xətti