Renat Dadaşov "fərqləndi", komandası məğlub oldu

13:00 - 2 Aprel 2017

Azərbaycan millisinin üzvü Renat Dadaşov Frankfurtun “Ayntraxrt” klubunun 19 yaşlılardan ibarət komandasının heyətində növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, gənc hücumçunun komandası Gənclər Liqasının cənub-qərb zonası üzrə çempionatın XXII turunda “1860 Münhen”lə qarşılaşıb. Görüş Dadaşovun komandasının məğlubiyyəti ilə başa çatıb – 3:1.

 

Renat bu oyunda 90 dəqiqə meydanda olub. O, oyunun 44-cü dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.

 

Qeyd edək ki, “Ayntraxt”  XXII turunda 29 xalla 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti