"İnter" "Dalğa Arena"nı seçdi

13:23 - 3 Aprel 2017

Bakının “İnter” klubu Avrokuboklara vəsiqə qazansa, ev oyunlarını doğma arenasında keçirə bilməyəcək.

 

Sportal.az xəbər verir ki, “sabiq bankirlər” Avrokuboklara oynamaq üçün “Dalğa Arena”dan istifadə edəcəklər.

 

Klubdan əldə etdiyimiz məlumata görə, buna bakılıların ev oyunlarını keçiridiyi “İnter Arena”nın ot örtüyünün ideal vəziyyətdə olmaması və UEFA-nın tələblərinə uyğun gəlməməsi səbəb olub.

 

Qeyd edək ki, Premyer Liqada üçüncü pillədə qərarlaşan “İnter”in Avrokuboklara vəsiqə qazanmaq şansı yüksəkdir. (Futbol11.az)

Xəbər xətti