"Zirə" "Dalğa Arena"nı seçdi

10:08 - 4 Aprel 2017

Paytaxtın “Zirə” klubu avrokuboklara vəsiqə qazansa, ev oyunlarını doğma stadionunda keçirə bilməyəcək.

 

Sportal.az xəbər verir ki, Zirə İdman Kompleksininin stadionu beynəlxalq tələblərə cavab vermədiyi üçün klub rəhbərliyi başqa stadiondan istifadə etmək qərarına gəlib.

 

“Qartallar” qitəmiqyaslı turnirdə iştirak etmək üçün təqdim etdiyi sənəddə Bakının Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena” stadionunu göstərib.  

 

Qeyd edək ki, Bakının “İnter” klubu da avrokuboklara vəsiqə qazansa, “Dalğa Arena”dan istifadə edəcək. (Futbol11.az)

Xəbər xətti