"Real" müdafiəçisini itirdi

17:59 - 4 Aprel 2017

Madridin "Real" klubu ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, İspaniya təmsilçisi Rafael Varanın xidmətindən məhrum olub. Zədələnən müdafiəçi 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Məlumatı klubun rəsmi saytı yayıb. Bu səbəbdən fransız oyunçu Çempionlar Liqasında "Bavariya"ya, La Liqada isə "Atletiko" və "Barselona"ya qarşı oyunlarda iştirak etməyəcək.

Xəbər xətti