"Mançester Yunayted"də yeni müqavilə

01:36 - 7 Aprel 2017

"Mançester Yunayted" futbolçusu Cessi Linqardla yeni müqavilə imzalayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2021-ci ilə qədər uzadılıb. O, yeni müqavilə ilə ümumilikdə 24.5 milyon avro qazanacaq.

 

Qeyd edək ki, İngiltərə milli komandasının üzvü "qırmızı şeytanlar"ın heyətində 70 oyunda iştirak edib.

Xəbər xətti