"Barselona"nın futbolçusu 4 ay oynamayacaq

00:19 - 8 Aprel 2017

"Barselona"nın futbolçusu Rafinya Alkantara uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. 

 

Sportal.az xəbər verir ki, La Liqanın XXIX turunda "Qranada" ilə oyunda zədə alan futbolçu bu gün yekun tibbi müayinədən keçib. Daha öncə onun 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlansa da, bu gün keçirilən tibbi müayinədən sonra durumunun ciddi olduğu üzə çıxıb. Belə ki, o, dizindəki köhnə zədəsini yenidən təzələyib.

 

Klub həkimləri oyunçunun 4 aydan sonra məşqlərə başlaya biləcəyini açıqlayıblar.

 

Qeyd edək ki, bu mövsüm La Liqada “Barselona” ilə 18 oyunda meydana çıxan Rafinya 6 qola imza atıb.  

Xəbər xətti