Dmitri Nazarov: "Məğlubiyyətsiz oyunlar seriyamızı davam etdirməliyik"

11:45 - 10 Aprel 2017

Millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Aue” klubu II Bundesliqanın 28-ci turu çərçivəsində “1860 Münhen”i qəbul edib və qarşılaşmada 3:0 hesablı qələbə qazanıb. Nazarov matçda dubl edib. Millimizin futbolçusu 42 və 73-cü dəqiqələrdə penaltidən dəqiq yararlanıb. Bu, Nazarovun mövsümdə 6 və 7-ci qolları olub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra açıqlama verən 27 yaşlı yarımmüdafiəçi bunları söyləyib:

 

“Rəqibi səhvlər etməsinə məcbur etdik. Şanslarımızdan yaxşı istifadə etdik. Yavaş-yavaş autsayderlərdən uzaqlaşırıq. Amma arxayınlaşmaq olmaz. Məğlubiyyətsiz oyunlar seriyamızı davam etdirməliyik. Maksimum gücümüzü ortaya qoyub, turnir cədvəlində irəli getmək istəyirik”.

 

“Aue” 2-ci Bundesliqanın turnir cədvəlində 32 xalla 15-ci pillədədir.

Xəbər xətti