Şekspir hakimlərdən narazı qaldı: "Bu qərar bizə böyük ziyan verə bilər"

“Lester Siti”nin baş məşqçisi Kreyq Şekspir Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Atletiko”ya 0:1 hesablı uduzduqları matçdan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ingilis mütəxəssis penalti qərarından narazı qaldığını söyləyib:

 

“Ən azından 1 qol vurmaq istəyərdik. Buna baxmayaraq, mərhələ adlamağa kömək edə biləcək hesabla İngiltərəyə qayıdırıq. Sizə Çempionlar Liqasının 1/4 final mərhələsindən bəhs edirəm. Həmin epizodda penalti qərarı tamamilə səhv idi. Bu qərar bizə böyük ziyan verə bilər. Hakim düzgün qərar vermək məcburiyyətindədi. O epizodda penalti deyil, cərimə zərbəsi qərarı verilməli idi”.

 

Qeyd edək ki, bu cütün cavab matçı aprelin 18-də baş tutacaq.

Tarix: 13 Aprel [12:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 May 2017
26  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio