Millimiz Makedoniyanı məğlub etdi

19:25 - 13 Aprel 2017

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, rəqib ikinci dəfə Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası olub. Qarşılaşma millimizin minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Doğukan Öksüz vurub.

 

Qeyd edək ki, bu komandalar arasında ilk görüşdə Makedoniya millisi 1:0 hesabı ilə qələbə qazanıb.

 

13 aprel

Yoldaşlıq oyunu

 

17:00. Azərbaycan - Makedoniya - 1:0

Qol: Doğukan Öksüz

Xəbər xətti