"Turan Tovuz" I Divizionun qalibi oldu

18:04 - 14 Aprel 2017

Azərbaycan 1-ci divizionunda çempionun adı məlum olub.

 

Sportal.az xəbər verir ki, 24-cü turun mərkəzi oyununda “Zaqatala” ilə “Səbail”in qarşılaşmasında paytaxt təmsilçisi xal itkisi ilə üzləşib – 1:1. Bu xal itkisi I Divizionda çempionun müəyyənləşməsi ilə nəticələnib. “Turan Tovuz” izləyiciləri üçün əlçatmaz olub və sona 2 tur qalmış qızıl medalları təmin edib.

 

Düzdü, “Səbail” 2 oyunda 6 xalı aradan qaldıra bilər. Amma şəxsi oyunlardakı üstünlük çempionun indidən müəyyənləşməinə səbəb olub.

Xəbər xətti