Emin Mahmudov "Boavişta"ya lazım olmadı

00:01 - 15 Aprel 2017

Portuqaliya Premyer Liqasında XXIX turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, tura Portuda keçirilən oyunla start verilib. Millimizin üzvü Emin Mahmudovun şərəfini qoruduğu “Boavişta” doğma azarkeşləri önündə “Pasuş de Ferreyra”nı qəbul edib. Qarşılaşmada hesab açılmayıb - 0:0.

 

Millimizin yarımmüdafiəçisi bu oyunun iştirakçısı olmayıb. Onun adı oyunun iştirak ərizəsinə daxil edilsə də, sona qədər ehtiyat oyunçular skamiyasında oturub.

 

Qeyd edək ki, bu heç-heçədən sonra xallarının sayını 35-ə çatdırıb və turnir ədvəlində 10-cu pillədə qərarlaşıb. 

Xəbər xətti