Türkiyə futbolunun əfsanəsi "Qarabağ"ı təbrik etdi

10:40 - 17 Aprel 2017

"Qarabağ" ötən gün Azərbaycan Premyer Liqasında çempionluğunu rəsmiləşdirib. Ağdam klubunun ardıcıl 4, ümumuilikdə 5-ci dəfə çempion olmasına Türkiyə futbolunun əfsanəsi Bülənt Qorxmaz biganə qalmayıb.

 

Sportal.az xəbər verir ki, "Qalatasaray"ın əfsanəvi kapitanı və "Bakı"nın sabiq çalışdırıcısı Ağdam klubunu ardıcıl 4-cü dəfə çempion olması münasibəti ilə təbrik edib.

 

Təbrikini saytımız vasitəsi ilə çatdıran mütəxəssis, Qurban Qurbanovun komandasına Çempionlar Liqasında uğurlar arzulayıb.

Xəbər xətti