"Beşiktaş" - "Lion" matçının hakimləri müəyyənləşdi

13:51 - 18 Aprel 2017

Avropa Liqasının 1/4 finalında keçiriləcək "Beşiktaş" - "Lion" cavab oyunu üçün hakim  təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın  baş hakimi Serbiya Futbol Federasiyasından Milorad Maziç olacaq. Ona Milovan Ristiç və Dalibor Durdeviç köməklik edəcək. Dördüncü hakim funksiyasını Nemanya Petroviç yerinə yetirəcək.

 

Qeyd edək ki, "Beşiktaş" - "Lion" görüşü aprelin 20-i, Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.

Xəbər xətti