Maykl Essien həbs oluna bilər

17:59 - 18 Aprel 2017

Qana millisinin üzvü Maykl Essien həbs oluna bilər. 

 

Sportal.az xəbər verir ki, buna səbəb İndoneziyanın "Persib Bandunq" klubunda çıxış edən futbolçunun sənədlərində problem olmasıdır. Belə ki, Essien komanda yoldaşı, İngiltərə millisinin sabiq üzvü Karlton Kole ilə birlikdə İndoneziyada işçi vizası olmadan yaşayır. Onların bu qayda pozuntusuna görə saxlanılıb, dindiriləcəyi gözlənilir. 

 

İndoneziya qaydalarına görə, hər iki futbolçu müəyyən qədər pul cəzası aldıqdan sonra sərbəst buraxılacaqlar. 

 

Qeyd edək ki, Essien bu ildən, Kole isə ötən ildən adıçəkilən komandada çıxış edir. 

Xəbər xətti