Robert Prosineçkidən "Valensiya" açıqlaması

10:07 - 19 Aprel 2017

Milli komandamızın baş məşqçisi Robert Prosineçki adının İspaniyanın “Valensiya” klubu ilə hallanmasına münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis bu məlumatı təkzib edib:

 

“Valensiya” klubundan təklif almamışam və onlar mənimlə əlaqə saxlamayıblar. Heç bir komanda ilə danışıq aparmıram”.

 

Qeyd edək ki, İspaniya və Almaniya mətbuatı Prosineçkinin “yarasalar”ın “sükanı arxası”na keçəcəyini bildirmişdi. Xorvatiyalı çalışdırıcının agenti Yaşar Çalışır açıqlamasında “Valensiya” klubunun rəhbərliyi ilə görüşdüyünü söyləmişdi.

 

Əlavə edək ki, Robert Prosineçki 2014-cü ildən millimizi çalışdırır.

Xəbər xətti