Ziya Əzizov 90 dəqiqə oynadı

01:13 - 22 Aprel 2017

Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 36-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun şərəfini qoruduğu "Den Boş" doğma meydanda "Fortuna Sittard"ı qəbul edib. Matç 1 - 1 hesablı bərabərliklə başa çatıb
 
 Ziya bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
 
Qeyd edək ki, "Den Boş" 36 turdan sonra aktivində olan 42 xalla 20 komanda arasında 14-cü pillədə yer alıb.

Xəbər xətti