Nağıyevli "Dnepr" qələbə qazandı

01:14 - 23 Aprel 2017

Ukrayna Premyer Liqasında 26-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandası - "Dnepr" doğma meydanda "Vorskla" ilə qarşılaşıb və bu oyundan 2 - 0 hesablı qələbə ilə ayrılıb.

 

Nağıyev bu görüşə də start heyətdə başlayıb və 75-ci dəqiqədə əvəzlənib.

 

"Dnepr" hazırda elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq komandaları arasında 15 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti