Amit Quluzadəyə şans verilmədi

00:31 - 24 Aprel 2017

Yunanıstan çempionatında 29-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi AEL doğma meydanda "Ksanti" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 1 - 0 hesablı qələbəsi ilə başa çatıb.

 

Amitin adı bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.

 

Qeyd edək ki, aktivində 28 xal olan AEL 16 klub arasında turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Xəbər xətti