SORĞU: Avrokuboklara son vəsiqəni hansı komanda qazanacaq?

12:07 - 26 Aprel 2017

Ölkəmizi avrokuboklarda təmsil edəcək 4-cü klubun adına Premyer Liqanın son turunda aydınlıq gələcək.

 

Sportal.az xəbər verir ki, son turda "Qarabağ", "Qəbələ" və "İnter"dən sonra Avropaya sonuncu biletin sahibi müəyyənləşəcək.

 

Son vəsiqə uğrunda iki klub mübarizə aparır. Bu komandalar "Zirə" və "Kəpəz"dir.

 

"Zirə" Premyer Liqanın turnir cədvəlində 36 xalla 4-cüdür. "Kəpəz" isə 33 xalla 5-ci pillədə qərarlaşıb. Son turda AZAL-ın qonağı olacaq "Zirə"nin taleyi öz əlindədir. Qəsəbə klubu bu oyunda 1 xal qazanacağı halda avrokuboklara vəsiqəni təmin edəcək.

 

"Kəpəz"in vəziyyəti isə başqadır. Gəncə komandası son turda doğma meydanında "İnter"i məğlub etməlidir və "Zirə"nin AZAL-a uduzmasını gözləməlidir.

 

Əgər AZAL "Zirə"ni, "Kəpəz" "İnter"i məğlub etsə, bu halda top fərqinə baxılacaq. Çünki bu mövsüm komandaların şəxsi oyunlardakı nəticəsi bərabərdi.Top fərqində "Zirə"nin vəziyyəti daha yaxşıdır. "Qartallar"ın top fərqi 0, "Kəpəz"in isə -4-dür.

 

Əgər "Zirə" AZAL-a 0:1 hesabı ilə uduzsa, "Kəpəz" "İnter"i mütləq 3 topa fərqi ilə məğlub etməlidir.

 

Aşağıdakı sorğuda avrokuboklara yollanacaq son komandanın kim olacağına səs verin.

 

 

 

 

Xəbər xətti