"Beşiktaş" Şenol Günəşlə yeni müqavilə imzalayır

19:10 - 27 Aprel 2017

Şenol Günəş növbəti mövsüm də "Beşiktaş"ı çalışdıracaq.

 

Sportal.az xəbər verir ki, mövsümün sonunda müqaviləsi başa çatacaq 64 yaşlı mütəxəsis klubun vitse-prezidenti Ahmet Nur Çebi ilə görüşüb və daha bir il komandanı çalışdırmağa razılıq verib. Görüşün ardından jurnalistlərin suallarını cavablandıran vitse-prezident, Ş.Günəşin komandada qalacağını əminliklə bildirib.

 

Qeyd edək ki, təcrübəli mütəxəssis 2015-ci ildən İstanbul klubunu çalışdırır. "Qara qartallar" onun rəhbərliyi altında 2015/2016-cı il mövsümündə Super Liqanın qalibi olub.

Xəbər xətti