Fellaini 3 oyunluq cəzalandırıldı

13:37 - 29 Aprel 2017

İngiltərə Futbol Assosiasiyası “Mançester Yunayted”in futbolçusu Maruan Fellainini cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, buna belçikalı futbolçunun “Mançester Siti” ilə Premyer Liqada 26-cı turdan təxirə salınmış derbi matçında (0:0) rəqib futbolçu Serxio Aqueronu başla vurması səbəb olub.

 

Bu hərəkətinə görə belçikalı yarımmüdafiəçi qırmızı vərəqə alaraq meydandan qovulmuşdu. İngiltərə Futbol Assosiasiyası 29 yaşlı futbolçunu 3 oyunluq cəzalandırıb.

Xəbər xətti