"Malaqa" 1 milyon qazanmaq üçün "Real"a uduzacaq?

18:11 - 1 May 2017

İspaniya La Liqasının sonuncu turunda baş tutacaq “Malaqa” – “Real” oyunu əsas müzakirə mövzusudur.

 

Sportal.az xəbər verir ki, Kataloniya mətbuatı "Malaqa"nın sonuncu turda “Real”"a bilərəkdən uduzacağını iddia edir. 

 

Bu gün isə daha bir maraqlı məqam ortaya çıxıb. Məsələ burasındadır ki, “Real”ölkə çempionu olsa, “Malaqa” 1 milyon avro qazanacaq. Belə ki, 2013-cü ildə İskonu 27 milyon avro müqabilində “Real””a satan “Malaqa” müqaviləyə belə bir bənd əlavə etdirmişdi: qarşıdakı 5 il ərzində “Real” hər çempionluğa görə, kluba 1 milyon avro ödəməlidi.

 

Sona 3 tur qalmış “Barselona” ilə eyni sayda xala malik olan madridlilərin ehtiyatında bir oyun da var. Yəni son tura qədər gərginlik davam etsə, çempionluğun taleyinə “Malaqa” – “Real” görüşündə aydınlıq gələcək. Maraqlıdı ki, “Malaqa” həmin qarşılaşmada qalib gəlib və ya heç-heçə edib “Real”ın çempionluğuna mane olmasa, o zaman 1 milyon avro qazanc götürəcək.

 

Qeyd edək ki, bir neçə gün öncə fanatların “Barselona”nın çempionluğu üçün son turda “Real”ı məğlub etməyiniz yetərli olacaq” fikri "Malaqa"nın prezidenti Al Tanini özündən çıxarmışdı. Klub prezidenti məsələyə belə münasibət bildirmişdi:  “Allahın köməyi ilə qələbə qazanmağa çalışacağıq. Ancaq Kataloniya murdarları Miçel haqqında səsləndirdikləri yalanlardan sonra çempionluq iyini almayacaqlar”.

Xəbər xətti