"Monako" - "Yuventus" matçının hakimləri müəyyənləşdi

00:18 - 2 May 2017

Çempionlar Liqasının yarımfinalında keçiriləcək "Monako" - "Yuventus" ilk oyununa hakim təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, matçı Antonio Mateu Laosun başçılıq etdiyi ispaniyalı hakimlər briqadası idarə edəcək. Ona Pau Kebrian Devis və Xavyer Aquilar Rodriqes köməklik edəcək. Dördüncü hakim funksiyasını Teodo Sobrino Magan yerinə yetirəcək.

 

Qeyd edək ki, "Monako" - "Yuventus" görüşü mayın 3-ü keçiriləcək.

Xəbər xətti