Messi izahat üçün FİFA-ya getməyəcək

19:35 - 3 May 2017

Lionel Messi FİFA-nın mənzil-qərargahına getməyəcək.

 

Sportal.az xəbər verir ki, Argentina yığmasının hücumçusu DÇ-nin seçmə mərhələsində Çili ilə keçirilən oyunda davranışı ilə bağlı izahat verməlidi. Ancaq o, izahat vermək üçün FİFA-nın ofisinə getməli olmayacaq. Messi bunu videokonfrans vasitəsilə edəcək.

 

Messi şəxsi xarakteri ucbatından Sürixə gedə bilməyəcəyini bildirib. Ona görə də, o, FİFA əməkdaşlarının suallarına videokonfrans vasitəsilə cavab verəcək.

 

Messi Çili ilə oyunda hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəzalandırılıb. O, bildirib ki, hakimləri təhqir etməyib, sadəcə, havaya söyüb.

Xəbər xətti