Elxan Abdullayev daha 3 il "Neftçi"də

14:30 - 4 May 2017

“Neftçi”də baş məşqçi Elxan Abdullayevin taleyinə aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, klubun Müşahidə Şurası çalışdırıcıya güvənmək qərarına gəlib.

 

Abdullayevlə müqavilənin müddəti artırılıb. Razılığa əsasən, o, qarşıdakı 3 ildə “Neftçi”nin “sükanı arxası”nda olacaq.

 
Qeyd edək ki, Elxan Abdullayev "Neftçi"yə 2016-17 mövsümünün gedişində baş məşqçi təyin edilib.

Xəbər xətti