Derbini idarə edəcək hakim məlum oldu

17:34 - 4 May 2017

Türkiyə Super Liqasının 30-cu turunda keçiriləcək "Beşiktaş" - "Fənərbaxça" matçının baş hakimi bəlli olub.

 

Sportal.az xəbər verir ki, İstanbul derbisi FİFA referisi Fırat Aydınusa tapşırılıb.

 

Qarşılaşma mayın 7-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Super Liqada 29 turdan sonra “Beşiktaş” 64 xalla 1-ci, “Fənərbaxça” 56 xalla 3-cüdür. İkinci yerdə qəralaşan “Başakşehir”in 60 xalı var.

Xəbər xətti