Ramin Musayev: "Həmin cümlələr gözlərimi yaşartmışdı" MÜSAHİBƏ

12:12 - 5 May 2017

Bu gün mayın sonunda Naxçıvanda keçiriləcək Heydər Əliyev adında beynəlxalq turnirin təqdimat mərasimi keçirilib. 

 

Sportal.az xəbər verir ki, Naxçıvanda yerləşən “Duz Dağ” otelində keçirilən təqdimat mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də iştirak edib. 

 

O, keçiriləcək turnir haqda fikirlərini bildirib: “Sevindirici haldır ki, Naxçıvanda bütün idman növləri inkişaf edib. Nəinki futbol, bütün idman növlərinə maraq var. Çox suallar verildi ki, kubokun finalını niyə Naxçıvana saldınız? Əlbəttə, kubokun finalını Bakıda da keçirə bilərdik. Amma niyə Naxçıvanda keçirməyək ki? Məncə, “Qəbələ” və “Qarabağ”ın futbolçları da Naxçıvandan razı qalıblar. İnşallah, bu gün maraqlı oyun izləyəcəyik. Hansı komanda qalib gəlsə, təbrik edəcəyik. Bəli, ayın sonunda burda Heydər Əliyev adına turnir keçiriləcək. Turnirdə bir neçə xarici və yerli komanda iştirak edəcək. Bütün komandalar Naxçıvanda oynamağa razıdırlar”.

 

- “Araz” dəfələrlə Naxçıvan çempionatında qalib olur. Olmazdı ki, komanda Avropa Liqasına vəsiqə qazanan klblarımızın biri ilə pley-off oynasın və ölkəmizi Avropa səhnəsində təmsil etsin...
- Məsələn, “Qarabağ” ilk dəfə Avropaya vəsiqə qazananda, hamı Ağdamın adından yazdı. Həmin cümlələr mənim gözlərimi yaşartmışdı. Əlbəttə, mən də istəyərəm ki, “Araz” ölkəmizi Avropada təmsil etsin. Amma səviyyə fərqi var, məncə, bu gün üçün real məsələ deyil.


- Naxçıvan turnirində əcnəbi komandaların iştirak edəcəyini dediniz. Bəs, əcnəbi hakimlər də dəvət olunacaqmı?
- Yox, əcnəbi hakimlərin gətirilməsinin əleyhinəyəm. Çempionlar Liqasında 3 qol oyndankənar vəziyyətdən vurulur və bütün qollar qeydə alınır. Ona görə də öz hakimlərimizə şükr edirəm. Sadəcə, hakimlərimizin üzərində təzyiq var, ona görə tez-tez səhv edirlər. Həmişə klub rəhbərliyinə deyirəm ki, hakimlərimizin üzərinə getməyək. Məncə, təzyiq nə qədər az olsa, o qədər də səhv az olacaq. 


- “Qarabağ” və “Qəbələ”nin azarkeşləri finalın Naxçıvanda keçirilməsindən narazıdırlar...
- Bəs burdakı azarkeşlər? İndi görəcəksiniz ki, finalda nə qədər azarkeş olacaq. Dünən bir azyaşlı mənə yaxınlaşdı və bilet istədi. Dedi ki, final oyununa görə Naxçıvana gəlmişik. Əgər istəyən olsa, Naxçıvana da gələcək. Biz “CBC Sport” telekanalını böyük əziyyətlə Naxçıvana gətirdik ki, Bakıda və digər bölgələrdə olan azarkeşlər də finalı izləsinlər. Düşünürəm ki, hər kəs finalı izləyə biləcək.

Xəbər xətti