4-cü mərhələnin qalibi: "Qızlarla öpüşmək daha çox xoşuma gəlir" MÜSAHİBƏ

14:57 - 6 May 2017

Bu gün “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun dördüncü mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, bu mərhələnin qalibi ABŞ-nın "İllumination" komandasının üzvü Edvin Avila olub.
 
Qalib mükafatlandırma mərasimindən sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Çox şadam ki, bu mərhələdə qalib gəldim. Xoşbəxtəm.

 

- Sprintdə çətinlik çəkmədin?
- Maraqlı oldu. Yol üzüaşağı idi və külək var idi. Sürət də yüksək idi. Amma çətinliklə üzləşmədim.

 

- Sabah son mərhələdi. Qalib gələ biləcəksən?
- Sabahkı mərhələ fiziki hazırlığıma və bədən quruluşumu görə əlverişlidi. Buna görə də uğur qazanacağıma inanıram.

 

- Qızlara qarşı biganə deyildin. Onlarla öpüşmək gözəl hissdi, yoxsa qalibiyyət?
- Hər ikisi gözəl idi. Öpüşmək üçün qalib gəlmək lazımdı. Amma öpüşmək daha çox xoşuma gəlir.

Xəbər xətti