"Atletiko" - "Real" derbisi Cüneyt Çakıra həvalə edildi

13:13 - 8 May 2017

Çempionlar Liqasının yarımfinalında keçiriləcək "Atletiko" - "Real" cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, matçın baş hakimi Türkiyə Futbol Federasiyasından Cüneyt Çakır olacaq. 
 
10 may, Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşması
 

22:45 Atletiko - Real
Baş hakim:
Cüneyt Çakır
Yan xətt hakimləri: Bahattin Duran, Tarik Ongun
Köməkçi hakimlər: Ali Palabıyık, Barış Şimşek
Dördüncü hakim: Emre Eyisoy (hamısı Türkiyə)
Hakim-inspektor: Euqen Striqel (Almaniya)
UEFA nümayəndəsi: Adrian Titkom (İngiltərə)

 

Qeyd edək ki, Madrid derbisinin ilk matçında “Real” 3:0 hesabı ilə qalib gəlib.

Xəbər xətti