Qurban Qurbanov Pelleqrinini qabaqladı, Qriqorçuk 3 pillə irəlilədi

Dünyanın ən yaşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
 
Sportal.az xəbər verir ki, siyahıda “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adları var.
 
Ötən cədvəldə 443-cü pillədə olan Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov 8 pillə geriləyib. Təcrübəli mütəxəssis aktivindəki 1361 xalla 450-ci yerdə qərarlaşıb.
 
45 yaşlı çalışdırıcı siyahıda Marko Silva, Xose Qonsales, Pako Ayestaran, Tolunay Kafkas, Roberto Mançini, Rafael Benites, Pepe Mel, Manolo Ximenes, Petit, Manuel Pelleqrini,  Alan Pardyu, Ümit Özat, Lui van Qal, Bob Bredli, Tayfun Korkut, Hasan Kutlu, Mayk Felan, Vitor Pereyra və Çezare Prandelli kimi təcrübəli baş məşqçiləri qabaqlayıb.
 
“Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk isə reytinqdə 3 pillə irəliləyib. Ukraynalı mütəxəssis aktivindəki 852 xalla 655-cidir.
 
Siyahıya isə “Real”ın çalışdırıcısı Zinəddin Zidan başçılıq edir. Onun aktivində 17166 xal var. 2-ci yerdə 14510 xalla “Barselona”nın baş məşqçisi Luis Enrike qərarlaşıb. "Atletiko"nun baş məşqçisi Dieqo Simeone 13288 xalla 3-cüdür. “Yuventus”un baş məşqçisi Massimilyano Alleqri 11664 xalla 4-cü, “Monako”non “sükanı arxasında” olan Leonardo Jardim isə 10871 xalla 5-cidir. 

Tarix: 8 May [14:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2017
19  İyul 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio