Ramil Şeydayevin Slovakiyada növbəti qolu VİDEO

16:10 - 8 May 2017

Millimizin üzvü Ramil Şeydayev Slovakiyanın "Jilina" klubunda növbəti oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, Şeydayev bu dəfə "Jilina"nın B komandasının heyətində ikinci liqa matçında meydanda olub.
 
Gənc hücumçu 6-cı turun "Liptovski Mikulas"la ev matçında (4:2) fərqlənib. 67 dəqiqə meydanda olan gənc hücumçu 47-ci dəqiqədə komandasının 3-cü qoluna imza atıb. Şeydayev br gün öncə "Jilina"nın əsas komandasında da qol vurmuşdu.
 
Qeyd edək ki, "Jilina B" hazırda 12 xalla 2-ci pillədə qərarlaşıb.

 

Xəbər xətti