Ufuk Budak oynadı, komandası qələbə qazandı

01:09 - 9 May 2017

Türkiyə 1-ci liqasında 32-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budakın çıxış etdiyi "Manisaspor" klubu səfərdə "Balıkəsirspor"la qarşılaşıb. Ufukun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Start heyətdə meydana çıxan müdafiəçi 90 dəqiqə oynayıb.

 

Qeyd edək ki, "Manisaspor" hazırda 36 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti