Avropa Liqası: Finalın hakimləri müəyyənləşdi

17:17 - 12 May 2017

Avropa Liqasının final görüşünü idarə edəcək hakimlərin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" (İngiltərə) - "Ayaks" (Hollandiya) finalında ədaləti sloveniyalı Damir Skomina qoruyacaq. Ona həmyerliləri Jure Praprotnik və Robert Vukan kömək edəcək.

 

Qeyd edək ki, bu qarşılaşma mayın 24-də İsveçin paytaxtı Stokholmda, "Friends Arena"da keçiriləcək.

Xəbər xətti