"Qəbələ"də yeni müqavilə

12:54 - 14 May 2017

"Qəbələ"də yeni müqavilə qeydə alınıb.

 

Sportal.az-ın məlumatına görə, əyalət təmsilçisi Asif Məmmədovla "nikah təzələyib". 2015-ci ildən "qırmızı-qaralar"ın uğurları üçün çalışan futbolçu ilə 1 illik müqavilə imzalanıb.

 

"Qəbələ" daha öncə Dmitri Bezotosnı, Elvin Camalov, Vitali Vernidub və Cavid Hüseynovla yeni müqavilə imzalayıb.

Xəbər xətti