Nurlan Novruzovun yeni komandası məlum oldu

15:57 - 15 May 2017

"Zirə" ilə müqaviləsini uzatmayan Nurlan Novruzovun yeni klubunun adı böyük ölçüdə dəqiqləşib.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı hücumçu Premyer Liqanın yeni sakini olan "Səbail"lə anlaşıb. Nurlan yeni mövsümdən etibarən paytaxt klubunun uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, "Səbail" heyətinə "Neftçi"dən Kamal Qurbanov və AZAL-dan ayrılan Samir Məsimovu da heyətinə qatıb.

Xəbər xətti