Con Terri karyerasını başa vura bilər

13:23 - 16 May 2017

Mövsümün sonunda "Çelsi"ni tərk edəcəyi dəqiqləşən Con Terri karyerasını başa vura bilər. 

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı London klubunun kapitanı "Uotford"a qarşı keçirdikləri oyundan (4:3) sonra jurnalistlərə verdiyi açıqlamada deyib. Terri ciddi təklif almayacağı təqdirdə karyerasını bitirəcəyini deyib:

 

"Bəlkə də inanmırsınız, amma gələcəyimlə bağlı yekun qərar verməmişəm. Bütün variantlara baxıram, dəyərləndirirəm. Sərfəli təklif alsam, bunu ailəmlə müzakirə edəcəyəm. Ancaq bazar günü karyeramın sonuncu oyununa da çıxa bilərəm".

 

Qeyd edək ki, Terri 1998-ci ildən "Çelsi"də çıxış edir. O, 579 oyunda formasını geyindiyi London klubu ilə birgə 5 dəfə İngiltərə çempionu, 1 dəfə isə Çempionlar Liqasının qalibi olmağı bacarıb. 

Xəbər xətti