Fransa klublarının illik gəlirləri açıqlandı - PSJ böyük fərq yaratdı

11:07 - 17 May 2017

Fransa klublarının cari mövsüm üçün gəlirləri məlum olub.

 

Sportal.az xəbər verir ki, PSJ 542 milyon avroluq gəlirlə ilk sırada yer alıb. İkinci yerdə isə “Lion” qərarlaşıb. “Lion”un gəliri PSJ-dən qat-qat aşağıdı. “Aslanlar”ın cari mövsüm üçün qazancı 160 milyon avro olub. Fransanın ən çox azarkeş ordusuna sahib olan komandalardan biri “Marsel” 111 milyon avro gəlir əldə edib.

 

Çempionlar Liqasında yarımfinala qədər irəliləyən və Liqa 1-də çempionluğun bir addımlığında olan “Monako” isə bu mövüm büdcəsinə 77 milyon avro əlavə edib.

 

Xəbər xətti