"Şapekoense"nin təyyarə lənəti davam edir

15:33 - 19 May 2017

Braziliyanın "Şapekoense" klubunun təyyarəsi Buenos-Ayresdən qayıdarəkən məcburi eniş edib.

 

Sportal.az xəbər verir ki, Libertadores kubokunda "Lanus"la matçdan (2:1) sonra futbolçuları Şapeko şəhərinə gətirən təyyarə Portu-Aleqri hava limanına məcburi eniş edib. Buna təyyarənin enməli olduğu hava limanının uçuş zolağında yaranan problem səbəb olub. Təyyarə Portu-Aleqriyə eniş etdikdən sonra futbolçular avtobusla Şapekoya yola salınıb.

 

Qeyd edək ki, ötən il noyabr ayının 29-da "Şapekoense" klubunu Cənubi Amerika kubokunun finalına aparan təyyarə qəzaya uğramışdı. Kolumbiyanın Medelin şəhəri yaxınlığında baş verən qəzada 76 nəfər həyatını itirmişdi.

Xəbər xətti