Sampaoli: "Buradan yalnız Argentina üçün ayrılaram"

18:26 - 19 May 2017

"Sevilya"nın baş məşqçisi Xorxe Sampaolinin Argentina milli komandasını çalışdıracağı ilə bağlı ehtimallar artmaqdadı.

 

Sportal.az xəbər verir ki, təcrübəli çalışdırıcı "tanqoçular"dan təkluf aldığını etiraf edib. Argentinalı çalışdırıcı mətbuat konfransında ölkəinin millisininin sükanı arxasına keçmək üçün "Sevilya" rəhbərliyi ilə danışacağını bildirib:

 

"Ölkəmin milli komandasını çalışdırmaqla bağlı bir tələb var. Gəncliyimdən bəri yığmanın baş məşqçisi olmağı arzu edirəm".

 

57 yaşlı çalışdırıcı Argentina yığmasını çalışdırması üçün federasiya ilə "Sevilya"nın anlaşmalı olduğunu deyib:

 

"Əgər tərəflər arsında razılıq əldə olunmasa, "Sevilya"dan ayrılmayacam. Buradan yalnız Argentina üçün ayrılaram. Bu, rədd edə biləcəyim bir təklif deyil".

 

Qeyd edək ki, Sampaolinin Əndəlus təmsilçisi ilə 1 illik müqaviləsi mövcuddu.

Xəbər xətti