"Qəbələ" "Milan"a uduzdu

İtaliyanın Rimini şəhərində keçirilən Flavio Perottinin xatirəsinə həsr olunan turnirə start verilib.

 

Sportal.az xəbər verir ki, “Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası yarışın ilk günündə iki qarşılaşmaya çıxıb.

 

Ülfət Mədətovun baş məşqçisi olduğu komanda I mərhələnin A qrupunda keçirdiyi görüşlərdə İtaliya təmsilçiləri ilə qarşılaşıb. “Qəbələ” ilk oyununda “Milan”la görüşüb. “Qırmızı-qaralar” bu matçda 0:3 hesabı ilə məğlub olub. İkinci görüşdə komanda “Spal 2013” ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə nəticələnib. Beləliklə, “qırmızı-qaralar” ilk iki turda 1 xal toplayıb.

 

Qrup mərhələsinin son oyunları sabah keçiriləcək. “Qəbələ” “Kapilan Pallo” ilə görüşəcək.

Tarix: 20 May [00:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Avqust 2017
19  Avqust 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio