Lakazett La Liqa klubu ilə anlaşdı

16:53 - 21 May 2017

"Lion"un prezidenti Yan Miçel Aulas komandanın hücumçusu Aleksandr Lakazett haqda açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi lakazettin "Atletiko" ilə anlaşdığını açıqlayıb. Aulasın sözlərinə görə, Lakazetti Madrid klubuna getməsinə icazə verdiklərini söyləyib:

 

"Lakazett "Atletiko" ilə anlaşdı. Amma Madrid klubunun transfer cəzası var. CAS-dan xəbər gözləyirlər. Biz Lakazaettə "Atletiko" ilə görüşməyə icazə verdik. Şərtlər bizi də qane etməlidir".

 

Qeyd edək ki, 25 yaşlı futbolçu "Lion"un yetirməsidir.

Xəbər xətti