Nazarov start heyətdə FOTO

17:19 - 21 May 2017

Almaniya 2-ci Bundesliqasında mövsümün sonuncu - 34-cü turun oyunları keçiriləcək.

Sportal.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Aue" səfərdə "Fotuna"nın qonağı olacaq. Hər iki komanda II Bundesliqada qalmaq uğrunda mübarizə aparır. Qalib gələn komanda çempionatda yerini qoruyacaq. Hər iki tərəfə heç-heçə də sərf edir.
 
Matç Bakı vaxtı ilə 17:30-da start götürəcək.
 
Nazarovun matça start heyətdə başlayacaq.
 
Qeyd edək ki, II Bundesliqanın turnir cədvəlində "Aue" 39 xalla 13-cü, "Fortuna" isə 39 xalla 12-cidir.

 

Xəbər xətti