"Real"da oynayıramsa, bunu Rafael Nadala borcluyam"

15:37 - 29 May 2017

Bu mövsüm "Real"ın heyətində parlaq oyunu ilə diqqət çəkən gənc Marko Asensionun "kral klubu"na transferi olduqca maraqlıdır. 

 

Sportal.az xəbər verir ki, 21 yaşlı futbolçu məşhur ispaniyalı tennisçi, Madrid təmsilçisinin azarkeşi Rafael Nadalın sayəsində "Real"a transfer olunub. Bu barədə məlumatı Asensio özü "AS" qəzetinə verdiyi müsahibədə deyib:

 

"Malyorka"da oynadığım zaman Nadal mənim oyunumu izləyib və bu haqda "Real"ın prezidenti Florentino Peresə məlumat verib. Daha sonra isə "Real" rəhbərliyi ilə agentim arasında danışıqlar olub və kluba keçidim rəsmiləşib. Əgər bu dəqiqə "Real"da oynayıramsa, bunu Rafael Nadala borcluyam".

 

Qeyd edək ki, Asensio 2014-cü ildə "Malyorka"dan "Real"a transfer olunub. Ötən mövsümü icarə əsasında "Espanyol"un heyətində çıxş edən futbolçu cari mövsümün əvvəlində baş məşqçi Zinəddin Zidanın qərarı ilə komandaya qaytarılıb. O, mövsüm ərzində "kral klubu"nun heyətində keçirdiyi 23 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

Xəbər xətti