"Səbail"dən növbəti transfer

18:02 - 29 May 2017

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq "Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi son mövsümü AZAL-da keçirən İlqar Ələkbərovu heyətinə cəlb edib.

 

Hazırda Naxçıvanda davam edən "Heydər Əliyev Kuboku"nda iştirak edən gənc yarımmüdafiəçinin oyununu izləyən "Səbail"in baş məşqçisi Samir Əliyev onu komandasında görmək istəyib. Yaxın günlərdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.

 

Qeyd edək ki, "Səbail" buna qədər Aqil Məmmədov, Kamal Qurbanov, Murad Ağayev, Emin Mehdiyev kimi futbolçuları heyətinə qatıb. 

Xəbər xətti