Dünyanın ən bahalı oyunlarından biri

12:45 - 30 May 2017

İngiltərə Premyer Liqasına vəsiqə qazanan sonuncu - üçüncü komanda "play-off"un finalında "Ridinq"i məğlub edən Haddersfild" oldu.

 

Sportal.az xəbər verir ki, Çempionşipin "play-off" finalı müasir futbolun ən bahalı oyunlardan biridir. Premyer Liqaya yüksələn "Haddersfild" televiziya yayımından yüksək məbləğdə gəlir əldə edib. "Haddersfild"in həlledici oyuna görə qazancı 170 milyon funt-sterlin oldu.

 

Maraqlı müqayisə aparıldıqda aydın olur ki, dünya çempionatının son qalibi olan Almaniya final matçından 22, məğlub olan Argentina isə 15 milyon funt-sterlinq gəlir əldə etmişdi.

 

Avropa Liqası və Çempionlar Liqasının finalçıları da yayım hüqundan az gəlir əldə edirlər.

Xəbər xətti